AZ

Ukrayna üçün TARİXİ GÜN: Zelenski Trampla görüş üçün Mayamiya getdi VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Mayamiya gedib.Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.Görüş çərçivəsində Zelenski əsas beş mövzunu müzakirə etməyi planlaşdırır:Ukrayna – ABŞ təhlükəsizlik zəmanətləriZelenski ABŞ tərəfdən Ukraynaya qarşı potensial təhlükələrə qarşı etibarlı zəmanətlərin verilməsini prioritet hesab edir.Ukrayna – Avropa təhlükəsizlik zəmanətləriAvropa tərəfdən də ölkənin təhlükəsizliyinin təmin olunması və hərbi dəstəyin koordinasiyası müzakirə olunacaq.Hərbi komponentUkrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi, müdafiə sistemlərinin gücləndirilməsi və potensial hücumlara hazırlıq məsələləri gündəmdədir.Ukraynanın rifah və bərpa planıZelenski ölkənin iqtisadi və sosial bərpası, infrastrukturların yenidən qurulması və beynəlxalq dəstəyin təmin olunmasını əsas prioritetlərdən biri kimi göstərir.Gələcək addımlar planıUkrayna və ABŞ arasında strateji əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı fəaliyyət planlarının hazırlanması da görüşün əsas mövzularındandır.Görüşün məqsədi həm təhlükəsizlik zəmanətlərini gücləndirmək, həm də Ukraynanın bərpa və inkişaf planlarına beynəlxalq dəstək təmin etməkdir.Zelenskinin Trampla görüşü Kiyev vaxtı ilə saat 20:00-da baş tutacaq.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
bizim.media

10Mənbələr