AZ

Hannes Skandinaviya ölkələrini iflic etdi: ölənlər var

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Skandinaviya yarımadasını cənginə alan “Hannes” qasırğası ciddi problemlərə yol açıb.

Axar.az xəbər verir ki, təbii fəlakət səbəbindən Finlandiyada 160 mindən çox ev təsərrüfatı işıqsız qalıb.

Küləyin sürəti qərb sahillərində saniyədə 25 metrə çatır.

Xilasetmə xidmətlərinin məlumatına görə, təxminən 150 nəfərin olduğu sərnişin təyyarəsi, eləcə də ondan kiçik və 10-dan az sərnişin daşıyan başqa təyyarə güclü külək səbəbindən uçuş-enmə zolağından çıxaraq qar yığınına çırpılıb.

Bir sıra şəhərlərdə uçuşlar dayandırılıb.

Bundan əlavə, İsveçdə iki nəfər qasırğanın qurbanı olub.

Ölkədə 40 mindən çox ev, iaşə obyektinə elektrik enerjisinin verilişi dayandırılıb.

Norveçin şimalında Nordlənd bölgəsində isə yerli xilasetmə xidmətlərinin 200-dən çox hadisəyə müdaxilə etdiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
axar.az

1Mənbələr