AZ

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi - FOTO

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası təmir işlərindən sonra yenidən fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin və teatrın əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və rekonstruksiyası barədə sərəncam imzalamışdı.

Bu məqsədlə teatr üçün 2 milyon manat vəsait ayrılmışdı.







Bizim.Media

Seçilən
43
bizim.media

1Mənbələr