AZ

SON DƏQİQƏ: Suriyada etiraz aksiyaları: Ölənlər və yaralananlar var - VİDEO

Bu gün Suriyanın Tartus, Latakiya və Homs şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazçılar mülki əhalinin qorunması və vətəndaş hüquqlarının pozulmasına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər.

Paralel.az xəbər verir ki , aksiyalar zamanı yerli mənbələr Suriya hakimiyyəti ilə əlaqəli silahlı qrupların etirazçılara atəş açdığını iddia edib. Bildirilir ki, hadisələr zamanı ölən və yaralananlar var.

“Əl-Məyadin” telekanalı yerli mənbələrə istinadən yazır ki, qarşıdurmalar nəticəsində bir neçə Suriya vətəndaşı həyatını itirib və xəsarət alıb. Hadisələrlə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib. (ISNA)


Seçilən
20
1
paralel.az

4Mənbələr