AZ

SON DƏQİQƏ: Suriyada etiraz aksiyaları: Ölənlər və yaralananlar var - VİDEO

Bu gün Suriyanın Tartus, Latakiya və Homs şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazçılar mülki əhalinin qorunması və vətəndaş hüquqlarının pozulmasına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər.

Bizim.Media xəbər verir ki, aksiyalar zamanı yerli mənbələr Suriya hakimiyyəti ilə əlaqəli silahlı qrupların etirazçılara atəş açdığını iddia edib. Bildirilir ki, hadisələr zamanı ölən və yaralananlar var.

“Əl-Məyadin” telekanalı yerli mənbələrə istinadən yazır ki, qarşıdurmalar nəticəsində bir neçə Suriya vətəndaşı həyatını itirib və xəsarət alıb. Hadisələrlə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib. (ISNA)


Bizim.Media

Seçilən
29
1
bizim.media

4Mənbələr