AZ

Sabiq türkiyəli futbolçu məşqçi karyerasına bu klubda başladı

Yaxın keçmişin tanınmış türkiyəli futbolçularından olan və karyerasını 2024-cü ildə başa vuran Ömər Toprakdan xəbər var.

Hazırda 36 yaşı olan və yaydan etibarən məşqçilik kursunu tamamlayan Toprak yeni sahədə özünə ilk iş yeri tapıb. Belə ki, o, ''Real Sosyedad''ın məşqçilər korpusuna daxil olub. Bu məlumat klubun rəsmi saytında paylaşılıb.

Ömər Toprak bu günlərdə san-sebastyanlıların başına keçən Pelleqrino Mataratsonun köməkçisi vəzifəsini icra edəcək. Qeyd edək ki, Almaniyada doğulan və karyerasına ''Frayburq''da başlayan Toprak ''Bayer-04'', Dortmund ''Borussiya''sı və ''Verder''də də top qovub.

Karyerasını ''Antalyaspor''da bitirən Toprak 2011-17-ci illərdə isə Türkiyə yığmasında 27 oyun keçirib.

Seçilən
155
1
football-plus.az

2Mənbələr