AZ

Həmid Qarahəsənli aclıq aksiyasına başladı

15 il həbs cəzasına məhkum edilən güney azərbaycanlı həkim və siyasi məhbus Həmid Qarahəsənli dekabrın 25-dən aclıq aksiyasına başladığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

“Qarahəsənli həbsxanadan yaydığı bəyanatda qeyri-insani saxlanma şəraiti, iki ildən artıqdır karantin şöbəsində saxlanılması, məhbus hüquqlarının pozulması, qeyri-kafi qidalanma və açıq havaya çıxışın məhdudlaşdırılmasına etiraz etdiyini deyib”, - məlumatda bildirilib.

Seçilən
38
1
bakivaxti.az

2Mənbələr