Axar.az saytına istinadən ain.az xəbər verir.
Dünya aviasiya tarixində bir sıra ilkə imza atan “Qızılalma” pilotsuz döyüş təyyarəsi ağıllı eskadrilya avtonomluğu imkanlarına yönəlmiş sınaq uçuşunu uğurla başa çatdırıb.
Axar.az Ordu.az-a istinadla xəbər verir ki, Çorluda keçirilən sınaqda “Qızılalma”nın PT3 və PT5 nömrəli prototipləri ağıllı eskadrilya alqoritmləri müşayiəti ilə avtonom döyüş pilotu vasitəsilə qol uçuşu icra edib.
Beləliklə, dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi avtonom şəkildə yaxın qol uçuşu həyata keçirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.