Şəkidə 26 yaşlı gənc itkin düşüb.
"Unikal" xəbər verir ki, Şəkinin Baş Göyünk kənd sakini, 1999-cu il təvəllüdlü Valeh Mustafa oğlu Nöbərov dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.
Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.