Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ankara, 28 dekabr, AZƏRTAC
Azərbaycan bəstəkarı İlyas Mirzoyevin əsərləri Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün Ankaraya gəlişinin 106-cı ildönümünə həsr olunmuş qala-konsert proqramı çərçivəsində səsləndirilib.
AZƏRTAC xəbər verir ki, “Aqora” Simfonik Orkestri və Ankara Bələdiyyə Orkestrinin birgə çıxışı Atatürk İncəsənət Mərkəzində toplaşan yüzlərlə sənətsevər tərəfindən gurultulu alqışlarla qarşılanıb.
İlyas Mirzoyev dahi dövlət xadiminin xatirəsinə həsr olunmuş mədəni tədbirlər proqramına öz dörd əsərinin daxil edilməsindən qürur duyduğunu bildirib. “Ankara sakinləri və qonaqları üçün türk rəqsi olan “Zeybek” mövzusuna “Adajio”, “Çokertme”, “Gide Gele Yoruldum” və “Feraye” simfonik variasiyalarının ifa olunmasından çox şadam”, - deyə Azərbaycan bəstəkarı bildirib.
Qeyd edək ki, həmyerlimizin əsərlərindən biri bundan əvvəl Ankarada Türkiyə-Macarıstan münasibətlərinin 100 illiyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində ifa olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.