Tərtərdə baş vermiş yol qəzası nəticəsində üç nəfər xəsarət alıb.
Paralel.az xəbər verir ki , hadisə rayonun Azad Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.