AZ

“Övladlarımla hava limanında görüşürəm, bəzən kövrəlirəm, doluram” Gülyanaq Məmmədova

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Mən işimi, sənətimi sevirəm. Başımı aşağı salıb öz işimlə məşğulam. Türkçülüyümüzə, dövlətimizə o qədər sevgim var ki.. Çox arzularım var. Çox işlər görmək istəyirəm. Yorulmadan çalışmaq, yeni mahnılar üzə çıxarmaq istəyirəm. Arzudan arzu doğur. Bəzən yoruluram, ağrıyıram amma yenə də dünyaya gəlsəydim bu sənəti seçərdim. Yorulmadan çalışmağa hazıram. Hər uğurum mənə yorğunluğu unutdurur”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova deyib. O daha sonra işlərin çoxluğundan bir çox hallarda övladlarından uzaq düşdüyünü bildirib:

“Elə səfərlərim olub ki, Bakıya hava limanına gəlib evə yox, birbaşa başqa ölkəyə uçmuşam. Oğlum atası ilə gəlib məni hava limanında görüb. Uşaq darıxır, görə bilmir. Balalarımla hava limanında görüşürəm (gülür). Balaca övladım mənimlə nəfəs alır. Hərdən kövrəlirəm, hərdən doluram, amma ailəmi də sevirəm, sənətimi də, millətimi də, musiqimi də” deyə o bildirib.

Xalq artisti onu qısqanan bəzi sənət adamlarından da danışıb:

“Bəzən özüm haqda eşidirəm, deyirlər ki, niyə məhz Gülyanaq? Bu suallar dəfələrlə ünvanlanıb. Gülyanaq zamanını, sağlamlığını, həyatını bu işə sərf edib. Camaat toy mahnıları yazdırır ki, 3-5 manat qazansın, mən repertuarımı da sırf bu ölkələrarası qardaşlıqa həsr etmişəm. Tənbəllik etmirəm. Bütün dillərdə mahnı oxuyuram. Zəhmətə qatlaşıram. Studiyalarda vaxt keçirmək, toya, dərsə, tədbirə getmək asandır? Qazax, qırğız, özbək, türkmən dillərində mahnılar oxuyuram. Toydan qazandıqlarımı yeni mahnılar yazdırmağa, türk dövlətlərinin milli geyimlərinə sərf edirəm. Mən heç yerə zəng edib demirəm ki, məni dəvət edin? Bəzən toylarımdan, tədbirlərimdən belə imtina edib dövlət konsertlərinə gedirəm” deyə sənətkar bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
moderator.az

2Mənbələr