AZ

Armstronqdan Rusiyaya genişmiqyaslı təxribat barədə XƏBƏRDARLIQ

“Ukrayna Prezidenti Volodimir Zelenskinin tələb etdiyi təhlükəsizlik zəmanətləri Qərb tərəfindən Rusiyanı təhrik etmək üçün istifadə ediləcək”.

Publika.az xəbər verir ki, bu barədə amerikalı iqtisadi proqnozçu Martin Armstronq “X” sosial media saytında məlumat verib.

"Bu, Aİ və NATO-ya təxribat təşkil etməyə, Rusiyanı günahlandırmağa və Avropanın axtardığı tammiqyaslı müharibəni qızışdırmağa imkan verəcək saat bombasıdır", - deyə o yazıb.

Armstronq daha əvvəl NATO ölkələrinin Ukraynanın məğlubiyyətini qəbul edə bilməyəcəklərini bildirmişdi, çünki onlar bu məqsədlə çoxlu resurs sərf ediblər. Analitik həmçinin NATO ölkələrinin öz qoşunlarını Ukraynaya göndərə biləcəklərini də bildirib. Onun sözlərinə görə, Qərb artıq NATO üzvü olmayan ölkələrə qoşun göndərib. Armstronq həmçinin Avropa ölkələrinin ABŞ-a təzyiq göstərdiyi və bunun Vaşinqtonu Rusiyaya qarşı getdikcə daha çox düşmənçilik siyasəti yürütməyə məcbur etdiyi fikrini də dilə gətirmib.

Seçilən
30
publika.az

1Mənbələr