ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş dekabrın 28-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
Publika.az xəbər verir ki, Ağ Ev təxirə salınma barədə məlumat verib.
"Cədvəl yenilənib: Bakı vaxtı ilə saat 14:00 (Bakı vaxtı ilə saat 22:00) prezident Ukrayna prezidenti ilə ikitərəfli görüşdə iştirak edəcək", - deyə açıqlamada bildirilir.
İki lider arasında görüş Amerika prezidentinin qolf klubu və malikanəsinin yerləşdiyi Florida ştatının Palm Biç şəhərində baş tutacaq.