Bakı. Trend:
Kanada Ukraynaya əlavə olaraq 2,5 milyard Kanada dolları(təxminən 1,8 milyard ABŞ dolları) məbləğində iqtisadi dəstəkgöstərməyi planlaşdırır.
Trend-in“Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Başnaziri Mark Karni ölkədə səfərdə olan Ukrayna Prezidenti VolodimirZelenski ilə görüş zamanı açıqlama verib.
Karni bildirib ki, ayrılan bu vəsait Beynəlxalq Valyuta Fondu,Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindənmaliyyələşmənin cəlb olunmasına, eləcə də bərpa prosesininbaşlanmasına töhfə verəcək.
Zelenski isə göstərilən dəstəyə görə Kanadanın Baş nazirinətəşəkkürünü ifadə edərək, Rusiya-Ukrayna müharibəsinindayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bunanail olmaq üçün Rusiyaya təzyiqin artırılması və Ukraynayayetərincə güclü dəstəyin göstərilməsi əsas şərtlərdir.
Ukrayna Prezidenti həmçinin Mark Karni ilə ölkəsinin havahücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələsini müzakirəetməyi planlaşdırdığını qeyd edib.
O əlavə edib ki, diplomatik müstəvidə müəyyən irəliləyişlər olsada, Rusiyaya qarşı müdafiə potensialının zəiflədilməsiqəbuledilməzdir.