Ukrayna Prezidenti Volodymyr Zelenski Qərbdən maliyyə və hərbi yardımın olmamasından şikayətlənib.
NOCOMMENT.az bildirir ki, bu barədə Strana.ua saytı məlumat verib.
Siyasətçi ölkənin sabitliyini təmin etmək üçün Avropa və ABŞ- dan köməyə ehtiyacı olduğunu, lakin hazırda bunun kifayət olmadığını vurğuladı. O, hava hücumundan müdafiə vasitələrinin və silahlarının kifayət etmədiyini qeyd etdi.
Zelenski deyib: “Pul — Allaha şükür ki, Avropada həll yolu var, amma açığı, xüsusilə silah istehsalı və ən əsası dronlar üçün daim vəsait çatışmazlığı var”.
Ukrayna lideri əvvəllər Ukrayna üçün sülh planının 90 faizinin tamamlandığını və danışıqlarda müzakirə olunacağını bildirmişdi. O, dekabrın 28-də Floridada ABŞ prezidenti Donald Trampla görüşəcək.