Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın Donetsk vilayətində yerləşən Mirnoqrad və Zaporojye vilayətindəki Gulyaypole şəhərlərinin ələ keçirilməsi ilə bağlı məlumat verilib.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsini ziyarət edib. Eyni zamanda Rusiya lideri Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.