AZ

Putin: Rusiyanın Ukrayna qoşunlarını Donbasdan çıxarmaq marağı sıfıra düşüb

BAKI, 27 dekabr. TELEQRAF

Rusiyanın Ukrayna qoşunlarını Donbasdan çıxarmaq marağı ordumuzun irəliləməsi fonunda azalıbr.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin birgə qüvvələr qrupunun komandanlıq məntəqəsində çıxışı zamanı bildirib.

“Bu gün, hesabatlarınıza, təmas xəttində gördüyümüz tempə əsasən, Ukrayna hərbi birləşmələrinin ərazilərdən çıxarılmasında marağımız müxtəlif səbəblərdən sıfıra endirilib”, - deyə o bildirib.

Seçilən
29
teleqraf.com

1Mənbələr