AZ

Səməd Seyidovla bağlı video yayıldı - AÇIQLAMA

Bəzi sosial şəbəkə hesablarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından "deepfake" texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

"Süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda deyilir.


Telegram kanalımız
Seçilən
36
37
yenisabah.az

10Mənbələr