AZ

Putinin 2026-cı il planları - Ukrayna AÇIQLADI

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın 2026-cı il üçün əsas hədəflərini açıqlayıb.

Modern.az-ın məlumatına görə, Budanov Ukraynanın yerli “Suspilne” nəşrinə verdiyi müsahibəsində bildirib ki, Moskva Donbas və Zaporojye vilayətini tamamilə işğal etmək istəyir.

Kəşfiyyat rəisi bildirib ki, Kremlin məqsədi Rusiya hərbi planlaşdırmasında aydın şəkildə göstərilib. Bu siyahıya Donetsk vilayəti üzərində tam nəzarət, Dnepropetrovsk vilayətində maksimum irəliləyiş, Zaporojye və Xerson vilayətlərində hücum əməliyyatlarının davam etdirilməsi və sərhəd boyunca “bufer” zonalarının genişləndirilməsi daxildir.

"Bunlar onların əsas məqsədləridir. 2026-cı ildə əsas məqsəd Donbas və Zaporojye vilayətidir", - deyə Budanov vurğulayıb.

Seçilən
31
5
modern.az

6Mənbələr