AZ

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

Müğənni Nadir Qafarzadə “İki başlı” verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, ifaçı baba olması ilə bağlı hisslərini bölüşüb.

"Baba olmaq yaxşıdır. Amma pis cəhəti odur ki, üzünü yana çevirəndə yanında nənə görürsən. Sevincin özünə də bunu demişəm. Deyirəm ki, yanımda nənə görəndə halım dəyişir" deyə, N.Qafarzadə bildirib.

Müğənni baba olduqdan sonra sosial media hesabında aktivliyin artdığını da qeyd edib:

"Çox maraqlıdır, elə bil bu camiyədə bir mən baba olmuşam, ajiotaj yarandı. Mahnı paylaşıram, güclə 7 min baxış olur. Bir gün bir şəkil paylaşdım, 1 milyon 700 min bəyənmə gəldi. Bundan sonra şəkil paylaşacağam. Nəvəmin şəklini qoyub özümə izləyici yığacağam". (axsam.az)


Bizim.Media

Seçilən
30
3
bizim.media

4Mənbələr