AZ

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ

Bu gün, 27 dekabr tarixində 1991-ci il noyabrın 20-də helikopter qəzasında faciəvi şəkildə həlak olmuş Azərbaycanın daxili işlər naziri, müdafiə və təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Məhəmməd Əsədovun ailəsinə ağır itki üz verib.

 

Pravda.az haqqın.az-a istinadən xəbər verir ki, sabiq nazirin oğlu Nazim Əsədov vəfat edib.

 

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisindən erməni silahlı dəstələri Azərbaycanın "Mİ-8 N72" hərbi helikopterini vurub. Hadisə nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikasının sabiq daxili işlər naziri Məhəmməd Əsədov da olub.

 

Ümumilikdə, qəza nəticəsində 22 nəfər ölüb.

Tarix: 27 Dekabr 2025, 21:04   
Seçilən
13
5
pravda.az

10Mənbələr