ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib.
Bizim.Media xəbər verir ki, lahiyədə Azərbaycan Respublikası müstəqillik qazandığı gündən etibarən ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olduğu, müharibə və sülh dövründə mühüm əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.
Həmçinin, bildirilib ki, Azərbaycan tərəfi Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib: “Müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.
Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır”.
Qanun layihəsi Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən dekabrın 9-da Konqresə təqdim edilib.
Bizim.Media