AZ

Rusiya Türkiyənin Akkuyu Atom Elektrik Stansiyası üçün daha 9 milyard dollar ayırdı

Rusiya dövləti "Rosatom" şirkəti tərəfindən inşa edilən Akkuyu Atom Elektrik Stansiyası üçün yenidən 9 milyard dollar vəsait ayırıb.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Ankara elektrik stansiyasının 2026-cı ildə istifadəyə veriləcəyini gözləyir.

"Rosatom" 2010-cu ildə imzalanmış 20 milyard dollarlıq müqavilə çərçivəsində Aralıq dənizi Mersin əyalətindəki Akkuyuda Türkiyənin ilk nüvə elektrik stansiyasını tikir. Stansiya bu il istifadəyə verilməli idi, lakin qrafik təxirə salınıb.

Nazir Türkiyənin Sinop əyaləti və Trakya bölgəsindəki nüvə layihələri ilə bağlı Cənubi Koreya, Çin, Rusiya və ABŞ ilə danışıqlar apardığını qeyd edərək, Ankaranın ən rəqabətli təklif almaq istədiyini əlavə edib.

Bayraktar əlavə edib ki, Türkiyə nüvə enerjisini ölkə daxilində istehsal etmək istəyir və hədəf göstəriciləri ilə bağlı dəqiq rəqəmlər təqdim etmək niyyətindədir.

O qeyd edib ki, Türkiyə Səudiyyə Ərəbistanının ACWA enerji şirkəti ilə 5000 meqavattlıq günəş enerjisi qurğusu tikmək üçün danışıqlar aparır.

Seçilən
113
teleqraf.com

1Mənbələr