AZ

Azərbaycanda toy karvanında ağır qəza olub, ölənlər var

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

 

Hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

 

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.

 

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

 

APA

Tarix: 27 Dekabr 2025, 18:39   
Seçilən
5
19
pravda.az

10Mənbələr