AZ

Biləsuvarda qadın işlədiyi gözəllik salonunda öldü

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

 

Hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

 

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 27 Dekabr 2025, 18:02   
Seçilən
32
25
pravda.az

10Mənbələr