AZ

2026-ya ilk onlar girəcək - Siyahı

Saat qurşaqlarındakı fərqlər səbəbindən Yeni il planetin müxtəlif nöqtələrində müxtəlif vaxtlarda başlayır.

Moderator.az xəbər verir ki, Yeni ili ilk qarşılayan ölkələr Sakit okeanın ortasında yerləşən kiçik ada dövlətləridir.

Yeni ili dünyada ilk qarşılayan ərazi Kiribati dövlətinə məxsus Line (Christmas) adalarıdır. Bu ərazilər UTC+14 saat qurşağında yerləşir və buna görə də Yer kürəsində təqvim vərəqini ilk çevirən məkan hesab olunur.

Burada saat 00:00 tamam olanda dünyanın böyük bir hissəsində hələ 31 dekabr davam edir.

Kiribatidən dərhal sonra Yeni Zelandiyanın Çatam adaları, daha sonra isə Tonqa və Samoa Yeni ilə qədəm qoyur.

Ardınca Yeni Zelandiyanın əsas hissəsi və Avstraliyada (Sidney, Melburn) möhtəşəm atəşfəşanlıqlar start götürür.

Asiya qitəsində Yeni il Yaponiya, Cənubi Koreya və Çində qeyd olunur. Bir neçə saat sonra isə bayram dalğası Avropaya çatır. Bakı, İstanbul, Paris, Berlin və London kimi şəhərlər Yeni ili artıq dünya üzrə milyonlarla insanla eyni gündə, lakin fərqli saatlarda qarşılayır.

Yeni ili ən son qarşılayan ərazilər isə ABŞ-yə məxsus Beyker və Hovlənd adalarıdır. Bu adalar UTC-12 saat qurşağında yerləşir və dünya üzrə Yeni ilin ən gec başladığı nöqtə hesab olunur.

Seçilən
44
5
moderator.az

6Mənbələr