AZ

Biləsuvarda qadın işlədiyi gözəllik salonunda ölüb

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

Hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib.

Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümidvar qızı Məmmədova işlədiyi gözəllik salonunda vəfat edib.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

(Teleqraf)

Seçilən
52
25
moderator.az

10Mənbələr