"Rusiya İstintaq Komitəsinin sədri, Prezident Putinin yaxın dostu Aleksandr Bastrikinin #AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsini bildirməsi və buna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fikri çox ciddi mətləblərdən xəbər verir".
"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, Rusiya Prezidenti Putinin və onun əlaltılarının son vaxtlar Azərbaycanla dostluq, əməkdaşlıq istəmələri fikirləri növbəti yalanlardır: "Nə qədər ki, Putin və onun ətrafındakı kimiləri hakimiyyətdədirlər, Azərbaycana qarşı həmişə dost yox, düşmən mövqeyi sərgiləyəcəklər. Bunu hamı bilməlidir. C.Bayramovun mətbuat konfransındakı fikri isə ondan xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günə qədər elan etdiyi mövqeyindən çəkilmək fikri yoxdur. Azərbaycan Dövləti kimliyindən asılı olmayaraq hamıdan bərabər hüquqlu münasibət və qarşılıqlı hörmət tələb edir".
Vəkilin sözlərinə görə, Putin ABŞ Prezidenti Trampla birlikdə yaxın zamanda Ukraynanı diz çökdürüb alçaldıcı sülh imzalatdıracaqlarına əmindir: Ukrayna ilə sülhə nail olduqdan sonra isə 1 milyondan artıq əli qana batmış rus ordusunu Cənubi Qafqaz və Orta Asiyaya yeritməklə keçmiş SSRİ-ni bərpa etməyə çalışacaq. Başını itirmiş bu qaniçənin axmaq və dünya üçün təhlükəli fikrinin asanlıqla həyata keçiriləcəyinə inanmasam da qarşıda duran real təhlükəni hamı anlamalı və ona hazırlaşmalıdır.
"Buna görə də hakimiyyət R.Mehdiyev dəstəsinin ifşasını və neytrallaşdırılmasını tezləşdirməli və ölkə daxili sabitliyi poza biləcək amilləri təcili aradan qaldırmalıdır. Ölkədaxili stabilliyi təmin etmək üçün birinci növbədə əhalinin maddi durumunun yaxşılaşdırılması istiqamətində real addımlar atılmalıdır. Yalnız Xalqına güvənən hakimiyyət istənilən xarici və daxili təhlükəni dəf etməyə qadirdir" - Aslan İsmayılov əlavə edib.
Telegram kanalımız