AZ

Bu ərazilərdə torpaq qiymətləri artacaq - AÇIQLAMA

“2026-cı ildə Bakının bir çox yerlərində söküntü işləri davam edəcək, öz mülkiyyətindən imtina etmiş vətəndaşlara kompensasiyalar ödəniləcək. Kompensasiyalar ödənildikdən sonra həmin şəxslər bazara müraciət edirlər, bu da tələbin artmasına səbəb olur və qiymətlər artır. Bu, əslində süni qiymət artımı deyil, təbii qiymət artımıdır”. Bunu Ajans.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. Onun sözlərinə görə, eyni zamanda bir sıra infrastruktur dəyişiklikləri, yeniliklər gözlənilir: “Bakı və ətraf ərazilərdə yolların təmiri, yeni yolların açılması. Həmçinin böyük yaşayış komplekslərinin tikintisi nəzərdə tutulub. Bu cür yeniliklər təbii ki, əmlak bazarına təsir göstərəcək və qiymət artımına səbəb olacaq. Düşünürəm ki, nə qədər çox binalar inşa olunsa, 2026-cı ilin çətin iqtisadi şəraitini yüngülləşdirmək, insanların işlə təmin olunması və daşınmaz əmlak bazarını stimullaşdırmaqla, alqı-satqı faktlarının artımı ilə iqtisadiyyata töhfə vermək mümkündür. Əslində bu cür yanaşma çətin maliyyə vəziyyətində çox böyük dəstək olacaq”. Ekspert bildirib ki, torpaq qiymətlərində dəyişikliklər gözlənilir:

“Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsində yeni kompleksin tikintisi təkcə həmin ərazidə yox, Kürdəxanı və Balaxanı istiqamətində infrastrukturun inkişafına səbəb olacaq, ətraf ərazilərdə torpaq qiymətlərinin artımı baş verəcək. Həmçinin, bu yaxınlarda Qobu–Hökməli yolunun təmiri ilə bağlı Sərəncamın imzalanması həmin ərazilərdə qiymətə təsir göstərəcək”.

Seçilən
22
Ajans.az

1Mənbələr