AZ

Şahbuzda avtomobil qaz xəttinə çırpıldı, abonentlər qazsız qaldılar

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

"Yeni Sabah" xəbər verir ki, rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.


Telegram kanalımız
Seçilən
38
7
yenisabah.az

9Mənbələr