AZ

Kanadada dünyaca məşhur beşəmlərin sonuncusu 91 yaşında vəfat etdi

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kanadada dünyaca məşhur beşəm bacıların sonuncusu Annet Dion 91 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "New York Times" nəşri Dion ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, beşəmlər 1934-cü ildə Kanadanın Ontario şəhərində anadan olublar. Bacılar doğulduqdan bir neçə saat sonra dünya miqyasında şöhrət qazanaraq, əsl sensasiyaya və hətta turist məkanına çevriliblər.

Beşəmlərdən Emili 20 yaşında vəfat edib. On altı il sonra Mari depressiya səbəbindən xəstəxanaya yerləşdirilib və 36 yaşında ölüb. Daha sonra İvon dünyasını dəyişib. Sesil bu ilin avqustunda ölüb və Annet məşhur beşəmlərin sonuncusu idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
moderator.az

2Mənbələr