Çində rəsmi olaraq istifadəyə verilən 22,13 km uzunluğundakı Tyanşan Şenli yüksək sürətli avtomobil tuneli dünyanın ən uzun tuneli olub. Bu barədə “Sinxua” məlumat yayıb.
Tunel, Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonundakı Tyanşan dağlarının mərkəzi hissəsindən keçir. Bu, əvvəllər bir neçə gün çəkən dağ yolunu cəmi 20 dəqiqəyə endirir.
Tunel, eyni gündə rəsmi olaraq istifadəyə verilən və Sincanın şimal və cənub şəhər qruplarını birləşdirən G0711 Urumçi–Yuli magistralının əsas hissəsidir. Marşrutun uzunluğu 324,7 km-dir, magistralın tikintisinə ümumi investisiya isə 46,7 milyard yuan (təxminən 11,29 milyard manat ) təşkil edib.
Tyanşan dağları mərkəzi Sincanı 2,5 min kilometr əhatə edir və regionun ən böyük şəhərləri olan şimaldakı Urumçi və cənubdakı Korlu'yu ayırır. Magistralın açılması bu şəhərlər arasındakı səyahət vaxtını 7 saatdan təxminən 3 saata endirir, bu da şimal və cənub Sincanın iqtisadi inteqrasiyasına kömək edir və xarici əlaqələr üçün yeni imkanlar yaradır.
Tunelin tikintisi unikal texniki çətinliklərlə üzləşib. O, yerin altında maksimum 1112,2 metr dərinlikdə keçir və 16 geoloji qırılmanı kəsir.
Almaz Həsənli