AZ

Premyer Liqanın iddialısı iki legioneri ilə vidalaşır – DƏQİQLƏŞDİ

Misli Premyer Liqasının ilk yarısını lider tamamlayan “Sabah” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi iki futbolçusu ilə yolları ayırmağa hazırlaşır. Söhbət Neqoş Kupuçoviç və Boyan Letiçdən gedir.

Adıçəkilən iki futbolçu da baş məşqçi Valdas Dambrauskasın gələcək planlarına daxil deyil. Bu səbəbdən də onlarla yollar ayrılır.

“Sabah” gələn ay hər iki oyunçunun da göndərildiyini rəsmən açıqlayacaq.

Seçilən
50
idmanxeber.az

1Mənbələr