“Beşiktaş” Necip Uysal və Mert Günokun yeni mövsüm üçün komandanın planlarında yer almadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumat İstanbul təmsilçisinin mətbuat xidməti tərəfindən yayılıb.
Hər iki futbolçuya karyeralarını davam etdirmələri üçün özlərinə yeni klub tapmaları tövsiyə olunub.
Klub rəhbərliyi qərarın texniki heyətin hesabatı əsasında verildiyini vurğulayıb. Uzun illər komandanın formasını geyinən Necip Uysal 2009–2010 mövsümündən etibarən “Beşiktaş”ın şərəfini qoruyur. Mert Günok isə 2021-ci ildən bu yana İstanbul təmsilçisinin heyətində çıxış edir.
Qeyd edək ki, hər iki futbolçunun gələcək karyerası ilə bağlı yaxın günlərdə rəsmi qərar verməsi gözlənilir.