AZ

Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman Əl SəudCənub Keçid Şurasından (CKŞ) olan separatçıları Yəmənin şərqindəkiHadramaut və El-Məhra əyalətlərindəki mövqelərini tərk etməyəçağırıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Bu son dərəcə vacib mərhələdə Cənub Keçid Şurasının sağlamdüşüncəyə və müdrik fikri dinləyib, ictimai maraqlara və birliyəüstünlük verməyinin vaxtı çatıb”,- nazirin "X" səhifəsindədeyilir.

Səudiyyəli nazir CKŞ-nin Səudiyyə Ərəbistanı və BƏƏ-ninmünaqişənin nizamlanmasına hədəflənmiş vasitəçilik səylərinə müsbətcavab verməyə və qoşunları iki əyalətdəki düşərgələrdən çıxarmağaçağırıb.

Nazirin fikrincə, CKŞ döyüşçüləri həmin əraziləri “VətənQalxanı” qüvvələrinə və ya yerli hakimiyyətə dinc şəkildə təhvilverməlidirlər.

Qeyd edək ki, bir müddət əvvəl Cənub Keçid Şurası (CKŞ)qüvvələri Yəmənin şərqindəki Hadramut və əl-Məhra əyalətlərindəəsas şəhərlərə, neft yataqlarına və strateji mövqelərinə nəzarətiələ keçirib. Hərəkat bunu təsir dairəsini genişləndirmək və cənubmuxtariyyəti və ya müstəqilliyi təşviq etmək məqsədilə həyatakeçirdiyini iddia edir.

Seçilən
74
az.trend.az

1Mənbələr