AZ

Səudiyyə Ərəbistanı müdafiə naziri separatçılara xəbərdarlıq etdi

BAKI, 27 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman əl-Səud “Cənub Keçid Şurası”nın (CKŞ) separatçılarını Yəmənin şərqindəki Hadramaut və Məhra əyalətlərindən geri çəkilməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Cənub Keçid Şurası”nın bu kritik məqamda ağıl və müdrikliyin səsini dinləməsi, ictimai maraqlar və birliyi prioritetləşdirməsi, Səudiyyə Ərəbistanı və BƏƏ-nin eskalasiyaya son qoymaq üçün vasitəçilik səylərinə cavab verməsi, qoşunları iki əyalətdəki düşərgələrdən çıxarması və onları yerli hakimiyyət orqanlarına sülh yolu ilə təhvil verməsinin vaxtı gəlib çatıb”, - müdafiə naziri bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri dekabrın 26-da separatçıların Hadramautdakı hərbi mövqelərinə zərbələr endirmişdi.

Seçilən
82
teleqraf.com

1Mənbələr