Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 202,3 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.
"Yeni Sabah" xəbər verir ki, bu, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında əks olunub.
Həmin göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.
Təkcə noyabrda isə Gürcüstan Azərbaycandan 31 milyon ABŞ dolları dəyərində "mavi yanacaq" alıb. Bu, bir il əvvələ nisbətən 14% azdır.
Bu ilin ilk 11 ayı ərzində Gürcüstan xarici ölkələrdən 364 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 1,4% çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 161 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 275,4 min ABŞ dolları, Çindən 185,3 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.
Telegram kanalımız