AZ

"Növbəti il üçün ödənişsiz hüquqi yardıma dövlət büdcəsindən 9 milyon manat ayrılıb"

Növbəti il üçün ödənişsiz hüquqi yardıma dövlət büdcəsindən 9 milyon manat ayrılıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib:

"Fərmana əsasən, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsait birbaşa Vəkillər Kollegiyasına ayrılıb. Xüsusilə, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması da bu siyasətin ardıcıl davamının bariz nümunəsidir. Bu proseslərin həyata keçirilməsində Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin rolu danılmazdır".

"Cebheinfo.az"

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr