AZ

AzTV-də “100 il” adlı qısametrajlı sənədli film yayımlanıb - VİDEO

Ekran işi Azərbaycanda radio və televiziya yayımının tarixi inkişaf yoluna həsr olunub.

Filmdə milli medianın formalaşması, müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu günədək gəlib çatması, həmçinin radio və televiziyanın informasiya, maarifçilik və mədəni irsin qorunmasındakı rolu əks etdirilib. 

Layihə 2026-cı ildə qeyd olunacaq iki əlamətdar tarix – Azərbaycan radiosunun 100, televiziya yayımının isə 70 illiyi münasibətilə hazırlanıb.

Qeyd edək ki, film “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşəbbüsü ilə ərsəyə gəlib və yubiley ilinə hazırlıq çərçivəsində təqdim olunan ilk sənədli filmdir.

"Cebheinfo.az"

Seçilən
22
cebheinfo.az

1Mənbələr