AZ

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə təyin etdi - FOTO

Prokurorluq orqanlarında yeni kadr dəyişikliyi olub.

News365.az-ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elgiz Qənizadə Milli Məclisin sabiq deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadənin oğludur.

Seçilən
12
15
news365.az

10Mənbələr