AZ

İşğaldan azad olunan ərazilərə gedənlərin DİQQƏTİNƏ!

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

"Yeni Sabah" DİN Mətbuat Xidmətinə istinadla xəbər verir ki, yalnız müvafiq icazəsi olan şəxslərin işğaldan azad edilən ərazilərə sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.

Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.

Diqqətə çatdırılıb ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.


Telegram kanalımız
Seçilən
8
37
yenisabah.az

10Mənbələr