Dünyada doğuşdan sonra sağ qala bilən ilk beşəm kimi tanınan Dion ailəsinin sonuncu üzvü Annet Dion 91 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti ailəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, ölümün səbəbi Alzeymer xəstəliyi olub.
"O, bacıları kimi ictimaiyyətin diqqətini cəlb etməkdən narazı idi. Sensasiya obyekti kimi görünməyi sevmirdi",- məqalədə yazılıb.