AZ

İngiltərə klubunun stadionunun tribunalarına keçmiş futbolçusunun adı veriləcək

İngiltərənin "Nottingem Forest" klubunun ev oyunlarını qəbul etdikləri "Siti Qround" stadionun tribunalarına keçmiş futbolçu, UEFA Çempionlar Liqasının ikiqat qalibi Con Robertsonun adı veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə bunu klubun sahibi Evangelos Marinakis mətbuat xidmətinə açıqlamasında deyib.

C.Robertson dekabrın 25-də 73 yaşında vəfat edib.

Qeyd edək ki, keçmiş futbolçu 1979 və 1980-cı illərdə "Nottingem Forest"in heyətində UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Seçilən
83
3
bakivaxti.az

4Mənbələr