AZ

TƏHLÜKƏ: Bu içkinin satışı qadağan edildi

Rusiyada potensial təhlükəli içkinin satışı dayandırılıb.

Publika.az xəbər verir ki, "Rospotrebnadzor" (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) Aloe Vera içkisinin satışını qadağan edib.

Qadağanın içkinin bir partiyasına şamil edildiyi bildirilir. Bu isə 138 000 ədəd məhsul deməkdir.

Qeyd edək ki, bundan əvvəl ölkədə supermarketlərdən birindəki dörd şüşə Aloe Vera içkisində naməlum kimyəvi maddə aşkar edilib. Daha sonra içkinin satışdan çıxarılması və təcili keyfiyyət yoxlamasına başlamaq qərarı barədə ictimaiyyət məlumatlandırılıb.

Seçilən
19
41
publika.az

10Mənbələr