AZ

Malayziyanın sabiq baş naziri 15 il həbsə məhkum edildi

BAKI, 27 dekabr. TELEQRAF

Malayziyanın sabiq baş naziri Nacib Razak dövlət investisiya fondu "1MDB" ilə bağlı iş üzrə pul yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 15 il həbs cəzası alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir ki, məhkəmə həmçinin sabiq naziri 2,8 milyard avro məbləğində cərimələyib.

Bu, Razakın 1MDB fondu ilə bağlı ikinci məhkəmə prosesidir. O, artıq eyni fond üzrə başqa bir işə görə həbsdədir. Məhkəmə sübut edib ki, yüz milyonlarla avro onun şəxsi hesablarına köçürülüb. Razak ittihamları rədd edərək vəsaitlərin Səudiyyə Ərəbistanından siyasi ianə kimi gəldiyini iddia edib. Məhkəmə bu arqumentləri əsassız sayıb.

Seçilən
55
teleqraf.com

1Mənbələr