BƏƏ Prezidenti Məhəmməd bin Zayed vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərinin Pakistana edib.
"Ölkə.az" xəbər verir ki, onu hava limanında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və digər Pakistan rəsmiləri qarşılayıblar.
Danışıqlar zamanı liderlər Pakistan və BƏƏ arasında iqtisadi və investisiya sahələrində əməkdaşlığın müxtəlif sahələrini müzakirə etdilər.
"Çox səmimi və konstruktiv danışıqlar apardıq, bu danışıqlar zamanı geniş ikitərəfli əməkdaşlığımızın müxtəlif aspektlərini, eləcə də sülh və rifaha nail olmaq üçün birgə səylərimizi nəzərdən keçirdik", - Şərif görüşdən sonra bildirib.
Elvin
Ölkə.az