Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi quru yolu hərəkət vasitələrinin tez sıradan çıxan hissələrinin alınması ilə bağlı satınalma proseduru həyata keçirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “ARAZ MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 738.249,04 AZN təşkil edir.