Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi kartriclərin dolumu xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma üzrə ehtimal olunan qiymət 56.703,32 AZN təşkil edir. Tender çərçivəsində institutun istifadəsində olan printer və çoxfunksiyalı qurğular üçün kartriclərin doldurulması xidmətlərinin göstərilməsi nəzərdə tutulur.