AZ

Moskvada göyərti biznesi açmaq adı ilə 200 min dolları mənimsənildi… – VİDEO

Qadına 200 min dollardan artıq dələduzluq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə paytaxt sakini Lalə Talışinskaya “Xəzər Xəbər”ə müraciət edərək bildirib ki, 12 il əvvəl tanıdığı şəxs müxtəlif vaxtlarda onun ümumilikdə 200 min dollardan artıq pulunu dələduzluq yolu ilə mənimsəyib.

O, deyir ki, Elvin Məmiyevin dələduzluq etməsi ilə bağlı illər əvvəl polisə də müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
8
1
nocomment.az

2Mənbələr